Hamilə həyat yoldaşını öldürən şəxs qətl barədə danışdı
''Mən onu öldürdüm,amma qəsdən öldürmək istəmirdim''.
lnterPress.ge xəbər verir ki, bu barədə məhkəmədə hamilə həyat yoldaşı Keta Kepuladzeni xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Qoqa Qzirişvili bildirib.
Təqsirləndirilən şəxsin izah etdiyinə görə, o, törətdiyi qətli etiraf edir, lakin irəli sürülən ittihamla razılaşmır.
“Mən günahımı etiraf edirəm, amma öldürmək niyyətində deyildim. Mən onu öldürdüm, polisə zəng etdim və etiraf etdim, ancaq qəsdən öldürmək istəmirdim”, - deyə Qzirişvili bildirib.
Hazırda Tbilisi şəhər məhkəməsində təqsirləndirilən şəxs Qoqa Qzirişvilinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bugünkü iclasda sübutların qəbul edilməsi məsələsi müzakirə olunacaq, həmçinin saxlanılan şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinə baxılacaq.
Məlumat üçün bildirək ki, dekabrın 22-də Tbilisidə təqsirləndirilən şəxs Qoqa Qzirişvili hamilə həyat yoldaşı Keta Kepuladzeni qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə xüsusi amansızlıqla 30 dəfə xəsarət yetirib. Aldıqları xəsarətlər nəticəsində hamilə Kepuladze hadisə yerindəcə dünyasını dəyişib.
Qzirişviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 111,109-cu maddəsinin 2-ci hissəsinin a və v bəndləri və 3-cü hissəsinin b bəndi ilə (qəsdən adam öldürmə, hamilə qadına və ya ailə üzvünə qarşı xüsusi amansızlıq törətməklə) ittiham irəli sürülüb, hansı ki, 16 ildən 20 ilədək həbs və ya ömürlük həbs cəzası nəzərdə tutulur.


