14 
Fev
2022
12:02
1844

Bu şəxslər üçün bir mart tarixindən genişmiqyaslı dövlət proqramı başlayacaq

Martın 1-dən sosial müavinət alan əmək qabiliyyətli insanlar üçün genişmiqyaslı dövlət məşğulluq proqramına başlanılacaq.

lnterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

“Bildiyiniz kimi, bizim əsas vəzifəmiz yoxsulluğu aradan qaldırmaq və iş yerləri yaratmaqdır. Ümumiyyətlə, sosial siyasəti dəyişmək lazımdır. Biz yaxşı bilirik ki, yoxsulluğun azaldılmasının yolu yeni iş yerlərinin yaradılmasından keçir. Ona görə də biz bu ildən aktiv məşğulluq siyasətinə başlamalıyıq. Bu, bizim əsas qayğımız olacaq. Mövcud sosial siyasət əmək qabiliyyətli, sosial cəhətdən həssas vətəndaşları hərəkətsizliyə sövq edir. 600 min sosial cəhətdən həssas vətəndaşlardan 200 minə qədər və daha çoxu işləmək qabiliyyətinə malikdir. Onlar qanuni işlə təmin olunmaq həvəsindən düşüblər. Biz təbii ki, sosial cəhətdən həssas olan qocalara, uşaqlara, əlillərə, ehtiyacı olan hər kəsə kömək etməliyik, amma əmək qabiliyyətli insanların müavinətlərə yox, işlə təmin olunmağa, məşğulluğa, özlərini dərk etmələrinə ehtiyacları var. Hər bir ailənin rifahı üçün, ölkənin inkişafı üçün iqtisadi proseslə məşğul ola bilən əmək qabiliyyətli vətəndaş lazımdır. Bu məqsədlə biz martın 1-dən bu prosesə başlayacağıq və əmək qabiliyyətli, sosial yardım alanlara yönəlmiş aktiv məşğulluq siyasətinə, ictimai işlər üçün genişmiqyaslı məşğulluq proqramına başlayacağıq”, -  deyə Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər