14 
Fev
2022
11:22
835

Zəlzələ Tbilisidə ciddi fəsadlar yaratdı

Zəlzələ Tbilisidə bir neçə binaya, o cümlədən Pirosmani muzeyinə ziyan vurub.

lnterPress.ge xəbər verir ki, fevralın 13-də Dmanisinin Sameba kəndində baş verən zəlzələ Tbilisidə də güclü təkanlara səbəb olub.

Zəlzələ nəticəsində köhnə məhəllələrdə bir neçə binaya ziyan dəyib.

Niko Pirosmani Muzeyində divar uçub.

Sololakidə Çavkisi küçəsindəki yaşayış evində çatlar əmələ gəlib. Evdə eşitmə məhdudiyyətli insanlar yaşayır. Məlumata görə, onlar binanın qəzalı olması ilə bağlı dəfələrlə meriyaya müraciət etsələr də, nəticəsi olmayıb. Zəlzələ daxili çatlarla yanaşı, üçmərtəbəli evin divarını da zədələyib.

Vətəndaşların xilasedicilərə müraciət etdiyi “Kartli” sanatoriyasında gecə saatlarında problemlər yaranıb. Yeraltı təkanlar nəticəsində binanın bir hissəsi dağılıb və sakinlər gecələmək üçün çölə çıxıblar.

 Xatırladaq ki, fevralın 13-ü Dmanisinin Sameba kəndində 6,2 bal gücündə zəlzələ baş verib. Səhər saatlarında Sameba kəndi yaxınlığında 3,5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər