Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 028 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat stopcov.ge saytında qeyd olunub.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 458 093 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 22 517 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 270 759 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 21 nəfər ölüb və ölənlərin ümumi sayı 15 577 nəfər təşkil edib.
