01 
Iyn
2020
09:05
769

Alimlər insanda alkoqolizmin 29 genetik səbəbini aşkarladılar

Neyrobioloqlar insanlarda alkoqolizmə meyli artıran 29 gen variantları aşkarlayıblar.

InterPress.ge “Nature”a istinadən xəbər verir ki, araşdırmanı ABŞ-ın Yel Universitetinin alimləri aparıb.

Həmin genlərin bəzilərinin depressiya və təşviş kimi psixi pozuntularla ortaq əlaqələri var.

Alimlər hər gün alkoqol içki qəbul edənə 435 min nəfərin göstəricilərini araşdırıblar. Onların əksəriyyəti Avropa əsilli şəxslər olub.

“Yeni göstəricilər alkoqolun qəbulu ilə əlaqəli məlum olan genetik risk lokuslarından 3 dəfə çoxdur”, - araşdırmanın başçısı Coel Gelernterbildirib.

Bütün aşkarlanmış risk faktorları sadəcə beyin səviyyəsində deyil, həm də bioloji requlyasiyaya cavabdeh olan genom sahəsində irsi keçir. Sadə sözlərlə desək, bunlar insanın “kod”una quraşdırılıb. Bu, o deməkdir ki, bəşəriyyət çətin ki, alkoqolizmin kökünü kəsə biləcək.

Bununla belə, alimlər bu göstəricilərdən gen səviyyəsində asılılığın inkişafı riskini müəyyənləşdirmək üçün testin hazırlanmasında istifadə edə biləcəklər.

Bizimlə əlaqə saxlayın