Gürcüstanda zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, zəlzələnin gücü 5.8 bal təşkil edib.
"Bu gün Tbilisi vaxtı ilə saat 22:25-də Dmanisinin Sameba kəndində 5,8 (ML) gücündə zəlzələ baş verib", - məlumatda deyilir.
Zəlzələ bütün Kvemo Kartilidə hiss olunub.
Dağıtı ilə bağlı məlumat yoxdur.
***22:33
Gürcüstanda zəlzələ olub.
Zəlzələ bir neçə dəqiqə əvvəl baş verib. Zəlzələnin maqnitudası və episentri ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.
