13 
Fev
2022
11:47
1014

Gürcüstan hökuməti bəyanat yaydı

“TV Pirveli” baş nazir İrakli Ğaribaşvilini gözdən salmaq üçün dezinformasiya kampaniyasını davam etdirir.

lnterPress.ge xəbər verir ki, bu barədə Hökumətin Stratcomun  yaydığı bəyanatda deyilir.


Verilən məlumata əsasən,  baş nazirin mühafizəçisi Zaza Toduanın ailə üzvlərini dövlət qulluğunda işə götürməsi barədə “ TV Pirveli”  tərəfindən yayılan məlumat həqiqətə uyğun deyil və Zaza Todua 2016-cı ildən İrakli Ğaribaşvili ilə işləmir.

“Bu gün adıçəkilən teleşirkət daha bir saxta xəbər yayımlayıb ki, o məlumat görə  baş nazirin təhlükəsizlik rəisi Zaza Toduanın ailə üzvlərini dövlət qulluğuna işə götürdüyü iddia edilir. İctimaiyyətə açıqlamaq istərdik ki, Zaza Todua baş nazirin mühafizəçisinin rəhbəri deyil və 2016-cı ildən İrakli Ğaribaşvili ilə işləmir. Televiziya şirkətinin yaydığı məlumat yalandır və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”, - deyə hökumətin Stratcomun bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər