31 
May
2020
20:49
1151

Azərbaycanın Daxili İşlər naziri Gürcüstanın Daxili işlər Nazirinə məktub göndərib 

Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazov Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelaurini Polis Günü münasibətilə təbrik mıktubu göndərib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayır.

"Polis Günü münasibətilə sizi və nazirliyin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir və bu şərəfli işdə hər birinizə uğurlar arzulayıram. Bu gün Gürcüstan polisi xalqın və dövlətin maraqlarına xidmət edir, asayişin, təhlükəsizliyin, sabitliyin qorunması və cinayətkarlıqla mübarizə istiqamətində götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Məqsədyönlü surətdə həyata keçirilən qurumlarımız arasındakı əlaqənin səviyyəsini məmnunluqla qeyd etmək istəyirəm. Əminəm ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Belə bir əlamətdar gündə, sizə can-sağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqına əmin-amanlıq və rifah arzulayıram" - deyə Gürcüstanın DİN-yi tərəfindən yayılmış Vilayət Eyvazovun təbrik məktubunda qeyd olunub.

Bizimlə əlaqə saxlayın