12 
Fev
2022
20:14
862

Növbədənkənar seçkilər olacaqmı sualına Kobaxidze belə cavab verdi

“Seçki həddinin aşağı salınması çox şeydən, o cümlədən müxalifətin qütbləşmə dərəcəsini nə qədər azaltmaq istəməsindən asılıdır”.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze jurnalistlərə deyib.

Kobaxidzenin izah etdiyinə görə, 2024-cü ilə qədər erkən seçkilər olmayacaq.

“Hər kəs bilir ki, 2024-cü ilə qədər növbədənkənar seçkilər olmayacaq. O ki qaldı həddi aşağı salmağa, bu, çox şeydən, o cümlədən, ilk növbədə, müxalifətin qütbləşmə dərəcəsini nə dərəcədə azaltmaq istəməsindən asılıdır. Biz buna əsaslanaraq qərar verəcəyik”, - Kobaxidze bildirib.

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze konstitusiyaya dəyişikliklərlə bağlı qərarın ən azı 2023-cü ilə qədər təxirə salınacağını istisna etmir. 

Kobaxidzenin qeyd etdiyinə görə, “Gürcü Arzusu” konstitusiya dəyişiklikləri ilə bağlı qərar qəbul etməyə tələsmir və uyğun olandan asılı olaraq bütün variantları nəzərdən keçirəcək.

Parlament baryerinin aşağı salınması məsələsinə gəlincə, Kobaxidze bildirib ki, 2024-cü il seçkiləri üçün baryerin faizi 2024-cü ilə qədər olan dövrdə müəyyənləşəcək.

Məlumat üçün bildirək ki, Konstitusiyaya nəzərdə tutulan düzəlişlər, o cümlədən “Gürcü arzusu” deputatlarının imzası və dəstəyi parlament tərəfindən birinci oxunuşda qəbul edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər