Tbilisidə Xocalı Soyqırımının 30 illiyi ilə bağlı “Xocalı soyqırımı-30” adlı beynəlxalq konfrans keçirildi - FOTO
Bu gün, Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Üçüncü Sektor” İctimai Birliyinin Xocalı Soyqırımının 30 illiyi ilə bağlı təşkil etdiyi “Xocalı soyqırımı-30” adlı beynəlxalq konfrans keçirilib.
InterPress.ge xəbər verir ki, konfransın açılışını diaspor informasiya təşkilatının rəhbəri Toğrul Allahverdili etdi.
Daha sonra Xocalı soyqırımında qətlə yetirilənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda siyasətçilər, Azərbaycandan gələn xüsusi qonaqlar, media və icma nümayəndələri iştirak etdi.
Konfrans zamanı Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov bu günün önəm və anlamından danışıb. O, eyni zamanda işğalçı rus qoşunun 1989-ci il 9 aprel tarixində Gürcüstan da qətliam törədərək vətəndaşlarımızın şəhid olmasından da danışıb. E.Bayramov Azərbaycan və Gürcüstanın ortaq keçmişinin olduğunu qeyd edib.
Konfrans sonunda M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin sədri Leyla Əliyeva diaspor informasiya təşkilatının rəhbəri Toğrul Allahverdili və layihə rəhbəri Nahid Canbaxışlı tərəfindən təşəkkürnamə ilə təltif olundu.



