Məktəblərdə müəllimlərin və şagirdlərin koronavirusa yoluxma statistikası açıqlandı
Gürcüstan miqyası ilə dövlət və özəl məktəblərdə tədris prosesi qarışıq formatda davam edir.
InterPress.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Məlumata görə epidemioloqların tövsiyəsi nəzərə alınmaqla, indiki mərhələdə ölkə üzrə 2085 dövlət və 217 özəl məktəbdən 732-si tam distant təhsil rejiminə keçib.
Müəllimlərə gəlincə, risk qrupunda olan 135 müəllim distant formatda tədrisin aparılması arzusunu bildirib.
“Bildiyiniz kimi, təhsil və elm naziri Mixail Çxenkelinin qərarına əsasən, tələbələrin valideynlərinin distant təhsil formatını seçmək imkanı var.
Son yeddi gündə müəllimlərin 6,5 faizində və tələbələrin 2,5 faizində koronavirus təsdiqlənib. Hazırda müəllimlərin və məktəb rəhbərliyinin nümayəndələrinin 73,6%-i peyvənd olunub.
Müəllimlərin və idarə nümayəndələrinin testdən keçirilməsi davam edir. İki dəfə peyvənd olunmuş müəllimlər iki həftədən bir PCR üsulu ilə, bir dəfə peyvənd olunmuş və ya olunmamış müəllimlər isə həftədə bir dəfə sürətli antigen testi ilə testdən keçirilir.
Məlum olduğuna görə 400-dən çox dövlət və özəl məktəbdə işçilərin koronavirus testindən keçmələri xüsusi hazırlanmış məktəb həkimləri tərəfindən aparılır. Həkimlərin hələ hazırlanmadığı məktəblərdə test prosesi Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi tərəfindən təşkil olunur.
Müəllim və şagirdlər üçün təhlükəsiz mühitin təmin edilməsi məqsədilə Təhsil və Elm Nazirliyinin nümayəndələri məktəblərdə monitorinqləri davam etdirirlər”, - deyə nazirlik bildirilib.


