“Gürcüstanın demokratiyadan uzaqlaşmağa davam etdiyini görmək ürəkağrıdıcıdır”.
InterPress.ge xəbər verir ki,
Avropa Parlamentinin üzvü Viola von Kramon Twitter-də Gürcüstanın 2021-ci il Demokratiya İndeksində dərc olunan məlumatlara bağlı fikirlərini bölüşüb.
“Moldova, hətta Ukrayna və Ermənistan daha yaxşı vəziyyətdədir. Gürcüstan əvvəllər regionda örnək ölkə idi.
Economist-in partnyoru The Economist Intelligence Unit Demokratiya İndeksinin hesabatına görə, Gürcüstanın balı bir il əvvəllə müqayisədə pisləşib və 10 ballıq sistemdə 5,31-dən 5,12-yə düşüb. Gürcüstan əvvəlki ildə olduğu kimi 167 ölkə arasında 91-ci yerdədir.
