Kondoli kəndində baş verən qətllə bağlı yeni təfərrüatlar məlum oldu
Kondoli kəndində baş verən qətllə bağlı yeni təfərrüatlar məlum olur.
InterPress.ge. xəbər verir ki , mətbuatdan yayılan məlumata görə, ər-arvad pula görə öldürülüb.
Pul ötən gün öldürülən Qiorqi Cibiaşvilinin hesabına köçürülüb. Mövcud məlumata görə, Cibiaşvilinin 16 yaşlı oğlu da hadisə yerində olub. Cütlüyə əvvəlcə zəhər verilib sonra isə odlu silahdan vurublat.
Qətli törədən daha sonra hadisə yerindən qaçaraq gizlənib.
46 yaşlı Qiorqi Cibiaşvili və 43 yaşlı Maka Zurabaşvili öldürülüb.
Əldə olan məlumata görə, onlar üzüm bağını satıblar və cinayetkar olduğu iddia edilən şəxs məhz bu pulu tələb edib. Söhbət 30 mindən gedir.
Yerli sakinlərin sözlərinə görə, cinayətkar əvvəllər də qətl törətməkdə təqsirli bilinən 34 yaşlı Qiorqi Qaçeridzenin olduğu deyilir.
Qətl gecə saatlarında Telavi bələdiyyəsində baş verib.


