Marneulidə ilkin mərhələdə bu kəndlərə küçə adları veriləcək
Marneuli Bələdiyyəsinin kəndlərində küçələrin adlarının verilməsi prosesinə start verilib.
lnterpress.ge xəbər verir ki, bu barədə Marneuli Bələdiyyəsinin meriyası məlumat verib.
Meriyadan verilən məlumata görə, bələdiyyədə Marneuli şəhəri və 4 kənd küçəsi (Saimerlo, Çereteli, Qızılhacılı, İmir), 13 kənddə isə (Alget, Sabirkənd, Hallavar, Dioknisi, Tamarisi, Keşəli, Ağməmmədli, Qasımlı, Qaçağan, Sadaxlı, Şaumyan, Şulaver, Norgül) şərti nömrələmə və ilkin mərhələdə küçələrin adlandırılması prosesi həyata keçiriləcək.
“İkinci mərhələdə küçələrin adlandırılması və nömrələnməsi işləri digər 60 kənddə də davam etdiriləcək.
Yerli işçi qrupunun diskusiya rejimində müzakirə etdiyi məsələlərin yekunlarına dair hesabat coğrafi obyektlərin adlarının müəyyən edilməsi, normallaşdırılması, istifadəsi, qeydiyyatı və mühafizəsi məqsədi ilə coğrafi adlar sahəsində fəaliyyət göstərən hökumət komissiyasına göndəriləcək. Adların icrası Şəhər Şurasının səlahiyyətindədir.
Xatırlatmaq istərdik ki, regionda küçələrə adlarının verilməsi təşəbbüsü Kvemo Kartli üzrə dövlət nümayəndəsi Giorgi Doxturişviliyə məxsusdur”, - deyə məlumatda bildirilir.


