12-14 fevral tarixlərində gözlənilən hava şəraiti açıqlandı
Fevralın 12-də Gürcüstanda yağış gözlənilmir. Gündüz havanın temperaturu Qərbi Gürcüstanın aran rayonlarında +12, +17, Şərqi Gürcüstanın aran rayonlarında +8, +13 dərəcə təşkil edəcək.
lnterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin məlumat verib.
Məlumata görə, fevralın 13-də bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərbi Gürcüstanda havanın temperaturu 3-4 dərəcə enəcək.
Fevralın 14-də Qərbi Gürcüstanda yağış gözlənilmir. Şərqi Gürcüstanda isə soyuq hava şəraiti və qar yağacağı gözlənilir. Gürcüstanın bəzi rayonlarında güclü şərq küləyi əsir.
Tbilisidə fevralın 12-13-də yağış gözlənilmir, fevralın 14-də isə nisbətən soyuq hava şəraiti və qar yağacağı gözlənilir.


