Kobuleti meriyasında mübahisə baş verib- polis cəlb olunub
Kobuleti meriyasında səs-küy yaranıb. Vahid Milli Hərəkat partiyasının üzvləri Kobuleti şəhərinin meri Levan Zoidze ilə görüş tələb ediblər.
lnterpress.ge xəbər verir ki, bu barədə Kobuleti meriyası məlumat yayıb.
Vahid Milli Hərəkatın üzvü Bondo Tedoradzenin sözlərinə görə, “Crystal Building” şirkətinə avtodayanacaq təşkil etmək icazəsi verilib, lakin o daş binalar tikməyə başlayıb.
Bondo Tedoradzenin sözlərinə görə, şirkətin nə tikdiyi məlum deyil və şirkətin arxasında Acara hökuməti dayanır.
Hüquq-mühafizə orqanlarının Milli Hərəkatın üzvlərini meriyaya daxil olmasına icazə verməməsi səs-küyə səbəb olub.
Bundan əlavə, hüquq-mühafizə orqanları media nümayəndələrini meriya binasına buraxmayıb.
Hüquq-mühafizə orqanları və etirazçılar hələ də meriyanın binasının ərazisindədirlər.


