11 
Fev
2022
13:14
697

Bu şəxslərə "Xeyirxahlıq kart" veriləcək

Səhiyyə nazirinin müavinləri Tamar Barkalaia və Nino Surquladze artıq bir neçə sosial cəhətdən həssas ailələrə baş çəkib və pul vauçerlərini şəxsən təqdim ediblər.

lnterPress.ge xəbər verir ki,  Sosial Xidmətlər Agentliyi müvafiq meyarlara əsasən ümumilikdə 240 ailə seçib. 

Kartlar Sosial Xidmətlər Agentliyi tərəfindən paylanacaq.

Vauçer reytinq balı 65000-dən az olan və 16 yaşından kiçik əlil uşağı olan ailəyə veriləcək. 
Xeyriyyə aksiyası “SOCAR” şirkətinin fəal dəstəyi ilə həyata keçirilir.

“Xeyirxahlıq kart” ilə sosial cəhətdən həssas ailələr dərman, qida əlavələri və digər müvafiq tibbi ləvazimatlar ala biləcəklər. Onlar pul vauçerindən “Aversi” şirkətinin aptek şəbəkəsində istifadə edə bilərlər.

Sosial Xidmətlər Agentliyi müvafiq meyarlara əsasən ümumilikdə 240 ailə seçib.

"Sevimli şirkət SOCAR, eləcə də Səhiyyə Nazirliyi olmasaydı, biz bu layihəni həyata keçirə bilməzdik, çünki onlar bu ailələri tapmağı öz üzərlərinə götürürlər", - deyə Nino Surquladze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər