DTX Ğaribaşviliyə qarşı araşdırma başlatmasından imtina edib
Dövlət Təhlükəsizlik Xidməti Ğaribaşviliyə qarşı araşdırma başlatmasından imtina edib.
lnterpress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məsələ dövlət əmlakına əl qoymasina aiddir.
Məsələ İrakli Ğaribaşvilinin həyat yoldaşı Nanuka Tamazaşviliyə Bakurianidə 6 min kvadratmetr sahəsi olan meşə hədiyyə etməsi ilə bağlıdır.
"Korrupsiyaya qarşı mübarizə hərəkatı" araşdırmaya başlamaq üçün yanvarın 28-də Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etsə də, dünən agentlikdən onlara rəsmi rədd cavabı verilib.
''Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişik ki, Bakurianidə baş nazir tərəfindən ictimai əmlakın zəbt edilməsi ilə bağlı araşdırma aparılsın. Agentlik bizə araşdırma başlatmaq niyyətində olmadığını yazdı. Əməliyyatda heç bir cinayət görmədiyini araşdırmadan qiymətləndirdilər və bununla da ölkədəki sistemli korrupsiyaya yaşıl işıq yandırdı",- deyə təşkilatın verdiyi məlumatda bildirilir.


