Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 19 968 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 418 027 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 23 675 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 178 151 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 55 nəfər ölüb və ölənlərin ümumi sayı 15 459 nəfər təşkil edib.
