Marneuli bələdiyyəsində kəndlərə adların verilməsi prosesi başladı
Marneuli bələdiyyəsində kəndlərə adların verilməsi prosesi başladı.
InterPress.ge xəbər verir ki, bu barədə Marneuli bələdiyyəsinin meriyası məlumat yayır.
Bu gün, Marneuli bələdiyyəsinin kəndlərində küçələrə adların verilməsi məqsədilə, Axali Dioknisidə işçi qrupu əhali ilə görüş keçirib.
Müzakirə rejimində olan məsələlərin yekunlarına dair hesabat, coğrafi obyektlərin adlarının müəyyən edilməsi, normallaşdırılması, istifadəsi, qeydiyyatı və mühafizəsi məqsədi ilə coğrafi adlar sahəsində mövcud hökumət komissiyasına göndəriləcək. Yekun olaraq adların icrası isə, Sakrebulonun preroqatividir.
Küçələrə adların verilməsi məsələsinin ictimai müzakirəsi prosesində, Marneuli bələdiyyəsi merinin müavini Zurab Panqani, Meriyanın rəsmiləri və Sakrebulonun "Əmlakın İdarə Edilməsi və Təbii Sərvətlər Komissiyası"-nın sədri Qivi Qiorqadze ilə birlikdə iştirak edib.
Xatırladaq ki, bölgədə küçələrin adlarının verilməsi təşəbbüsü Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişviliyə məxsusdur.


