10 
Fev
2022
12:47
486

Müdafiə Qüvvələri Gürcüstan vətəndaşlarını müqavilə əsasında peşə xidmətinə qəbul etməyə başlayacaq

Müdafiə Qüvvələri 18-36 yaş arası Gürcüstan vətəndaşlarını müqavilə əsasında peşə xidmətinə qəbul etməyə başlayacaq.

lnterPress.ge xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Goni Tatunaşvili bu gün keçirdiyi brifinqdə bildirib.

Onun qeyd etdiyinə görə, hərbi qulluqçular üçün müəyyən güzəştlər olacaq.

Tatunaşvilinin sözlərinə görə, peşəx idmətə qəbul üçün müxtəlif təhsil proqramları olacaq.

“Müdafiə Qüvvələri 4 illik müqavilənin şərtlərinə əsasən, 18-36 yaş arası Gürcüstan vətəndaşlarını müqavilə üzrə peşə xidmətinə qəbul etməyə başlayacaq. Biz hərbçilərə təkcə hərbi xidmət dövründə deyil, həm də ehtiyatda olduqları müddətdə faydalı olacaq, mülki sektorda daha rəqabətə davamlı olacaq karyera və peşə vərdişlərinin öyrənilməsini və mənimsənilməsini təklif edirik.

Biz Gürcüstanda, eləcə də Avropa və Amerikada xarici dil kursları, həmçinin müxtəlif karyera və peşəkar kurslar təklif edirik. Nəticədə, hərbi qulluqçularımız ilk 4 illik hərbi xidmət müddəti başa çatdıqdan sonra müqavilələrini davam etdirəcəklərsə, bu il artırılması nəzərdə tutulan hər müqavilə başa çatdıqdan sonra onlara 7000 lari məbləğində mükafat veriləcək. Biz aşağı rütbəli hərbi qulluqçular üçün bu il 20%, yüksək rütbəli hərbi qulluqçular üçün isə 10% artırılmış müvafiq mükafat təklif edirik. Cari il ərzində onun artırılması da nəzərdə tutulub.

 Hərbi qulluqçular Gürcüstanda akkreditə olunmuş ali təhsil müəssisələrində təhsil aldıqları halda həm özləri, həm də ailə üzvləri 50% dövlətin birgə maliyyələşdirməsindən yararlanmaq imkanına malikdirlər. Yüksək akademik nailiyyət olduqda, hər semestr üçün 750 lari təqaüd təklif olunur. 4 və daha çox uşağı olduqda onlara əlavə əmək haqqı, həmçinin uşaq dünyaya gəldikdə 1000 lari bonus verilir. Onların yaxşı sığorta paketi, yeməkləri, infrastrukturu, NATO standartlarına uyğun silah və avadanlıqları, idman zalları var. Mənzil siyasətinə gəlincə, müəyyən xidmət müddətindən sonra çavuşlar, baş çavuşlar, zabitlər, mayorlar və yüksək rütbəli zabitlər 50% dövlət tərəfindən müştərək maliyyələşmə ilə mənzil ala biləcəklər", - deyə Tatunaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər