10 
Fev
2022
10:54
385

XİN: "Hər hansı real icrası olmayan işğal rejimi tərəfindən daha bir təxribatyönlü addım atılır"

İşğalçı rejimlər dəfələrlə "müstəqil" subyektin imicini sarsıtmaq üçün addımlar atmağa cəhd ediblər ki, bu da adətən uğursuzluqla nəticələnir.

lnterPress.ge xəbər verir ki,bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-dən bu gün, işğalçı Abxaziya rejiminin BMT-də müşahidəçi dövlət statusu almağa çalışması ilə bağlı yayılan məlumatlara cavab olaraq açıqlama verib. 

“Hər hansı real icrası olmayan işğal rejimi tərəfindən daha bir təxribat addımı atılır. Gürcüstanın suverenliyi və ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən onun beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədləri daxilində tanınır. Beynəlxalq ictimaiyyət Gürcüstanın işğal olunmuş ərazilərinin  müstəqilliyini tanımır.

İşğalçı rejimlər müstəqil  qurumun imicini sarsıaq üçün dəfələrlə oxşar addımlar atmağa cəhd ediblər və bu, adətən uğursuzluqla nəticələnir", -  deyə Xarici İşlər Nazirliyinin sözçüsü Mari Narçemaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər