09 
Fev
2022
20:42
435

Pensiya Agentliyi: "Qiqi Uqulavanın bəyanatı yalan və məsuliyyətsiz ittihamdır"

Pensiya Agentliyi bəyanat yayaraq ictimaiyyəti, xüsusən də siyasətçiləri və ictimai xadimləri qeyri-dəqiq və yoxlanılmamış məlumat yaymaqdan çəkinməyə çağırıb.

lnterPress.ge xəbər verir ki, bəyanatda bildirilir ki, bu cür məlumatlar nəinki pensiya agentliyinin reputasiyasına xələl gətirir, həm də nihilizm və ümumilikdə dövlət institutlarına inamsızlıq aşılayır.

“Təəssüf ki, fevralın 8-də televiziyaların birində müxalifət lideri Qiqi Uqulava dedi ki, bu gün pensiya fondundan DTX  üçün Skoda alırlar. Biz tam məsuliyyətlə bildiririk ki, cənab Qiqi Uqulavanın bəyanatı yalan və məsuliyyətsiz ittihamdır. Pensiya Agentliyinin fəaliyyəti şəffafdır, onun bütün maliyyə və ya qeyri-maliyyə məlumatları, qərarları fəal şəkildə dərc olunur və bütün maraqlananlar üçün  əlçatandır.

Həmçinin, agentlik ictimaiyyətlə açıq rejimdə əməkdaşlıq edir və istənilən suala müvafiq məlumatlarla yanaşı hərtərəfli cavab verməyə hazırdır.

Pensiya Agentliyi bir daha hər kəsi yalan məlumat və yalan yaymaqdan çəkinməyə çağırır”, -  deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər