Saakaşvili: ''Nağıllarınızı nənənizə danışın''
''Nağıllarınızı nənənizə danışın''.
lnterPress.ge xəbər verir ki, bu sözlərlə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili hakim Badri Koçlamazaşviliyə müraciət edib.
Belə ki, məhkəmə səs-küylü keçdiyi üçün hakim Mixail Saakaşviliyə töhmət verib və ona sakit oturmasa, məhkəmə zalını tərk etməli olacağını deyib.
“İndi fikirləşirsən ki, kimsə sənin dediyin bir şeyi deyib və ya eşidib, çox yanılırsan... Əgər zalda daha yaxşı eşidilirsə və yalnız sənin üçün deyilirsə, bəli, cənab, ancaq sən başa düşürsən. Belə etməyin yoxsa sakitliyi təmin etmək üçün sessiyanı bağlayacam və heç kim bu prosesdə iştirak etməyəcək", - deyə Badro Koçlamazaşvili bildirib.
Bununla bağlı Saakaşvili bildirib ki, məhkəmə yoxdur və hakim əvvəlcədən qərar verib.
“Nə fərqi var ki, onsuz da proses yoxdur, istər bağla, istər bağlama, məhkəmə yoxdur. Nağıllarınızı nənənizə danışın'',- deyə Saakaşvili bildirib.
Bundan sonra hakim sabiq prezident xəbərdarlıq edib.
“Buradakı cıxışınız həm qarşı tərəfi, həm də məhkəməni təhqir etdiyinə görə indi sizə xəbərdarlıq edirəm ki, əgər iştirakınız iclasın davam etdirilməsinə mane olarsa, siz məhkəmə zalını tərk edəcəksiniz və mən işi sakit şəraitdə davam etdirəcəyəm”, - deyə Koçlamazaşvili bildirib.


