09 
Fev
2022
11:06
338

Bu gün Mixeil Saakaşvilinin məhkəməsi baş tutacaq

Fevralın 9-da külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən sabiq prezident Mixail Saakaşvili və Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanın məhkəməsi keçiriləcək.

lnterPress. ge xəbər verir ki, məhkəmə proses Tbilisi Şəhər Məhkəməsində saat 11:00-a təyin edilib.

Məhkəmədə sabiq prezident Mixail Saakaşvilinin iştirakı gözlənilir.

Məhkəmədə müdafiə tərəfinin dəlilləri araşdırılacaq. Xüsusilə, Mixail Saakaşvilinin vəkillərinin dindirilən şahidlər siyahısında Xüsusi Dövlət Mühafizə Xidmətinin hazırkı rəhbəri Anzor Çubinidzenin adı da yer alır, lakin Çubinidzenin ifadə verib-verməyəcəyi məlum deyil, çünki Anzor Çubinidze artıq bir neçə dəfə dindirilmək üçün məhkəməyə çağırılsada o, xidməti vəzifəsi ilə əlaqədar olaraq məhkəmədə iştirak etməyib.

Qeyd edək ki, Mixail Saakaşvili ilə yanaşı cəmiyyətin arasında "pencək" işində tanınan, Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiya da ittiham olunur.

Prokurorluq təqsirləndirilən şəxsləri külli miqdarda büdcə pulunu - 9 milyon lari mənimsəməkdə ittiham edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər