09 
Fev
2022
10:58
371

"Omikron" ştamı ortaya çıxandan bu günədək neçə miliyon yoluxmanın qeydə alındığı açıqlandı

Koronavirusun "Omikron" variantının ortaya çıxmasında sonra dünya üzrə 130 milyon yoluxma qeydə alınıb və bundan sonra virus yarım milyon insanın həyatına son qoyub.

lnterPress. ge xəbər verir ki bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirir.

“Hər kəs Omicronun daha yüngül olduğunu söyləsə də, onun aşkarlanmasından sonra yarım milyon insan vəfat etdi. Bu bir faciədir'',- deyə “ÜST-nın insidentlər üzrə Meneceri Abdi Mahmud dedi.

Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının Koronavirusla Mübarizə İdarəsinin texniki direktoru Mariya Van Kerxove bildirib ki, dünyanın bir çox ölkəsi hələ də omikronun yayılmasının pik həddinə çatmayıb.

“Biz hələ də pandemiyanın ortasındayıq. Bir çox ölkələrdə  omikronun yayılması hələ pik nöqtəyə çatmayıb. Koronavirus təhlükəli virus olaraq qalır",- deyə Kerxove bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər