09 
Fev
2022
09:20
455

“Oskar”a namizədlər açıqlanıb

ABŞ-ın Kino Sənətləri və Elmlər Akademiyası bu il nüfuzlu “Oskar” mükafatı uğrunda mübarizə aparacaq namizədləri açıqlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Bu il “Ən yaxşı film” nominasiyasında 10 film rəqabət aparacaq: “Dyuna”, “Belfast”, “Yuxarı baxmayın”, “Vestsayd tarixçəsi”, “Koda”, “İtin gücü”, “Biyan pitsa”, “Kabuslar xiyabanı”, “Kral Riçard” və “Maşınım sükanı arxasına otur”.

Qeyd edilir ki, Kennet Brana, Ryusuke Hamaquti, Pol Tomas Anderson, Ceyn Kempion və Stiven Spilberq “Ən yaxşı rejissor” adı uğrunda mübarizə aparacaqlar.

“Ən yaxşı aktrisa” kateqoriyasında qalib olmaq üçün Nikol Kidman (“Rikardo olmaq”), Oliviya Kolman (“Yad qız”), Penelopa Krus (“Paralel analar”), Cessika Çesteyn (Temmi Feyin gözləri”), Kristen Stüart (“Spenser”) mübarizə aparacaq.

“Ən yaxşı aktyor” nominasiyasında isə “Oskar” namizədləri bunlardır: Xavyer Bardem (“Rikardo olmaq”), Benedikt Kamberbetç (“İtin gücü”), Endryu Qarfild (“Tik-tak, bum!”), Uill Smit (“Kral Riçard”) və Denzel Vaşinqton (“Makbet”).

Qeyd edək ki, ABŞ kinoakademiyasının əsas mükafatı olan “Oskar”ın 94-cü mükafatlandırma mərasimi martın 27-də Hollivudda keçiriləcək.

Bizimlə əlaqə saxlayın