08 
Fev
2022
16:55
263

"Rustavi 2" televiziyasının operatoruna hücumda ittiham olunan Datunaşvili sərbəst buraxıldı

"Rustavi 2"  operatoruna hücumda ittiham olunan Uşanqi Datunaşvili 3000 lari girov müqabilində sərbəst buraxılıb. Qərarı Tbilisi şəhər məhkəməsinin hakimi Nino Çaxnaşvili vəkilin vəsatəti əsasında qəbul edib.

lnterPress.ge xəbər verir ki, bu barədə Uşanqi Datunaşvilinin vəkili bildirib.

Onun sözlərinə görə, həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətin verilməsinə əsas Uşanqi Datunaşvilinin səhhətinin ağır olması ilə yanaşı, Datunaşvilinin qanunla ciddi şəkildə cəzalandırılmasını tələb etməyən "Rustavi 2" operatorunun bəyanatı olub.

Məlumat üçün bildirək ki, Rustaveli prospektində KİV nümayəndələrinə qarşı zorakılıq və peşə fəaliyyətinə maneçilik törətmə əməlləri Cinayət Məcəlləsinin 154-cü (jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə) və 126-cı (zorakılıq) maddələri ilə araşdırılır. Ümumilikdə işdə 31 müttəhim və 57 zərərçəkmiş var.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər