30 
May
2020
18:28
1143

DTX: Dövlətin və hökumətin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı araşdırma apararaq milli düşmənçilik yaratmaqa çalışılır

Dövlət Təhlükəsizlik İdarəsində mövcud olan operativ məlumata görə, Gürcüstanda Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında ixtilaf yaratmağa çalışan bir qrup şəxs və bir sıra vətəndaş var.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti bəyanat yayır.

"Həmin şəxslər etnik azərbayanlıların sıx yaşadıları bölgələrdə illər ərzində toplanmış problemlərdən təhrif olunmuş vətənpərvərlik düşüncələrinə əsaslanaraq mənfi kontekstdə istifadə edirlər, gürcülərlə milli azlıqların sülh şəraitində yaşam tərzinə təhlükə yaradırlar.

Xüsusilə, bu şəxslər milli zəmində münaqişə yaratmaq məqsədilə Kvemo Kartli və Kaxeti bölgələrində dövlət və hökumətin səlahiyyətlərinə aid olan məsələlərlə məşğul olurlar.

Bu qrup insanlar, yalan və aqressiv çağırışlar yaymaqla Gürcüstan vətəndaşlarını gürcü və azərbaycanlı etnik qruplara bölməyə cəhd edir, ardınca, milli şərəf və ləyaqətə xələl gətirən ifadələr və hərəkətlərə yol verilir və bununla da insan hüquqlarının qanunsuz şəkildə pozulması baş verir.

Bir qrup insan vəziyyəti açıq şəkildə elə təqdim etməyə çalışır ki, etnik gürcü əhalisi Gürcüstandakı digər etnik azlıqlardan üstündür və bu da milli qarşıdurma riskini daha da artırır.

Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət, təhlükəsizliyi departamenti Gürcüstan Cinayət Məcəlləsinin 1421-ci maddəsinin 3-cü bəndinin "A" yarımbəndində nəzərdə tutulmuş irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə məhdudlaşdırılması, milli zəmində düşmənçilik və diskriminasiya, milli şərəf və ləyaqətin alçaldılması cinayəti maddələri üzrə istintaqa başlayıb", - deyə DTX-nın bəyanatında bildirilir.

Bizimlə əlaqə saxlayın