08 
Fev
2022
12:29
444

DİN əməkdaşları narkotik ittihamı üzrə bir neçə şübhəlini saxladı

Sameqrelo polisi narkotik cinayətlərinə görə 3 nəfəri, o cümlədən 2 narkotik alverçisini həbs edib. 

lnterPress.ge xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hər üç təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama nəticəsində maddi sübut kimi külli miqdarda müxtəlif növ narkotik vasitə götürülüb.

''1978-ci il təvəllüdlü şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqda, 1973-cü il təvəllüdlü şəxs isə külli miqdarda narkotik vasitəni qanunsuz əldə edib saxlamaqda təqsirləndirilir. 1986-cı il təvəllüdlü şəxs narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısına görə həbs edilib.

Polis hakimin qərarı əsasında narkotik alverçilərini müəyyən etmək üçün bir neçə mərhələdə kompleks əməliyyat-istintaq tədbirləri və gizli audio-video çəkiliş aparıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hər üç təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama zamanı sübut qismində xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr götürüblər. 

Cinayətlər 8 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin d bəndi, həmin maddənin 6 və 7-ci bəndlərinin a bəndləri ilə təkrar qanunsuz olaraq külli miqdarda vəsait əldə etmə, saxlama və satma ilə bağlı araşdırma aparılır'',- deyə agentliyində qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər