08 
Fev
2022
11:19
375

İstintaq Xidməti saxtakarlıq etməkdə ittiham olunan 2 nəfəri saxladı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları qrup halında saxta sənədlər hazırlamaqda və istifadə etməkdə ittiham olunan iki nəfəri saxlayıblar.

lnterPress.ge xəbər verir ki, bu barədə  məlumatı İstintaq Xidməti yayıb.

Qurumdan verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılanlar 4 şirkətin adından bir-biri ilə saxta müqavilələr bağlayıb, ümumilikdə 1 milyon 112 min 800 lari dəyərində tikinti xidmətlərinin göstərilməsi üçün saxta vergi hesab-fakturaları yazıblar. Eyni zamanda, tikinti işlərində təcrübə formal olaraq müəyyən edilib, bundan sonra qeyd olunan saxta sənədlər dövlət tenderlərində iştirakda istifadə olunub.

Hazırda Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 362-ci maddəsinin birinci hissəsi və 2102-ci maddəsinin ikinci hissəsi ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər