08 
Fev
2022
10:55
691

Gürcüstanda koronavirusa yoluxma sayı sürətlə artmaqda davam edir

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 24 616 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 350 454 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 18 221 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 124 442 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 54 nəfər ölüb və ölənlərin ümumi sayı 14 300 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər