Polis azyaşlı uşaqların gözü qarşısında kimsəsiz qadının evində axtarış apardı - VİDEO
Azyaşlı uşaqların gözü qarşısında kimsəsiz ananın evində axtarış aparıldı.
InterPress.ge xəbər verir ki, polis yenə zorakılıqda ittiham olunur.
Belə ki, mediada yayılan məlumatlara və video kadra nəzərən, Kutaisi şəhərinin Ağmaşenebeli küçəsindəki mənzillərdən birinə səkkiz polis qanunsuz silah axtarmaq məqsədilə evə daxil olub. Odlu silahı evdə tapa bilməyəndən sonra gənc qadını müqavimət göstərmək ittihamı ilə polis bölməsinə aparıblar. 5 və 15 yaşlı azyaşlı uşaqlar evdə tək qalıblar.
Uşaqlar himayədarlığa verilib. 15 yaşlı qız QHT və jurnalistlərdən kömək istəyir.
Deyir ki, polis onu təhqir edib, ona xəsarətlər yetiriblər, amma sosial işçi onu müayinədən keçirmək əvəzinə onu İmeretidən Acaraya himayədarlığa köçürüb.
Azyaşlı qeyd edir ki, onların mənzilində davam edən prosesi lentə alarkən polis zorla onun mobil telefonunu əlindən alıb. Azyaşlı əlində xəsarətlərin olduğunu deyir:
"Bizə dedilər ki, evdə silah var. 2 azyaşlı övladı olan ana evdə nəyə görə odlu silah saxlasın?! 8 polis var idi, heç nə tapa bilmədilər və anamı apardılar. Körpə bütün gecəni ağlayıb.Onun 5 yaşı var və bu müddət ərzində anamdan ayrı 5 dəqiqə belə uzaqlaşmayıb. Heç kim bizə anamızın harada və necə olduğunu demir, o, şəkər xəstəsidir.
Mobil telefonumla hər şeyi çəkirdim, amma şöbə müdiri Qiorqi telefonu götürdü, əlimi geri çevirdi, əlimdə cızıq var. Bunu sosial işçi bilir”, - 15 yaşlı yeniyetmə bildirib.
Məlumata görə, 38 yaşlı qadın təcridxanaya yerləşdirilib. Kutaisi polisi medianın suallarını cavablandırmır.


