9-11 fevral tarixlərində hava şəraitinin necə olacağı açıqlandı
Fevralın 8-də Gürcüstanda yağış gözlənilmir. Gündüz havanın temperaturu Qərbi Gürcüstanın aran rayonlarında +10, +15 dərəcə, Şərqi Gürcüstanın aran rayonlarında +5, +10 dərəcə təşkil edəcək.
lnterPress.ge xəbər verir ki, bu barədə barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.
Agentliyin verdiyi məlumata görə, fevralın 9-da günün sonundan fevralın 11-dək Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə isə sulu qar yağacağı gözlənilir. Qərbdən güclü külək əsəcək. Fevralın 10-da aran rayonlarında və ovalıqlarda havanın temperaturu gündüz +4, +9 dərəcəyədək enəcək. Tbilisidə fevralın 8-də yağış olmayacaq, fevralın 9-10-da isə az yağış yağacaq, şimal-qərbdən güclü külək əsəcək. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək”, - deyə Milli Ətraf Mühit Agentliyindən bildirilib.


