Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 11 235 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 325 838 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 17 130 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 106 221 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 34 nəfər ölüb və ölənlərin ümumi sayı 15 246 nəfər təşkil edib.
