06 
Fev
2022
17:16
1414

Bakurianidə qorxu dolu anlar yaşanıb

 Bakurianidə birinci Mitarbi şossesi yaxınlığında naqillərin düşməsi səbəbindən kanat dayanıb.

InterPress.ge xəbər verir ki, bu barədə
dağ kurortlarının inkişafı agentliyindən məlumat verilib.

Məlumata görə, hazırda xilasedicilər hadisə yerinə səfərbər olunub və problem aradan qaldırılır.

“Xilasedicilər hadisə yerindədir və kanatda olanlar endirilir”, - agentlikdən bildiriblər.

Məlumat üçün bildirək ki, Bakurianidə, Mitarbinin birinci yolunda turistlər kömək istəyirlər. Onlar kanatdan düşə bilmirlər. Kanat yarım saatdır dayanıb.

 Əldə olan məlumata görə, kanatda təxminən 50 nəfər var imiş.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər