Fevralın 5-də Gürcüstanda 2443 nəfər kovid əleyhinə peyvənd olunub.
InterPress.ge xəbər verir ki,bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Bu günə olan məlumata görə, ölkə üzrə ümumilikdə 2 750 228 peyvənd vurulub.
NCDC-nin məlumatına görə, hazırda yetkin əhalinin 42,7%-i iki doza, Booster dozası ilə 181 210 nəfər peyvənd olunub.
Yetkin əhalinin 46,6%-ni təşkil edən 1 339 688 nəfər 1 doza ilə, 3954 nəfər (2,23%) 12-15 yaşlılar arasında 1 doza ilə peyvənd olunub.
Tam peyvənd olunmuş isə 2852 nəfərdir.
12 468 nəfərə 16-17 yaşlılar arasında 1 doza; 10 905 nəfərə isə (13,45%) tam peyvənd vurulub”, - deyə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin açıqlamasında bildirilir.
