112 xidməti əhaliyə müraciət edir
Gürcüstanda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Daxili İşlər Nazirliyinin “112” İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə müraciət edənlərin sayı artıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin “112” İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzi koronavirusa yoluxma hallarının artması ilə bağlı məlumat yayıb.
“112 pandemiya başlayandan koronavirusla mübarizə prosesində fəal iştirak edir və hər bir vətəndaşın vaxtında və yüksək ixtisaslı xidmətlər alması üçün xüsusi rejimdə işləyir.
112-də 24 saat ərzində ünvanlı olmayan və məlumat xarakterli zənglərin 35%-ə qədəri qeydə alınır ki, bu da iş prosesinə mane olur.
Xahiş edirik yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirəsiniz və 112-yə ünvanı olmayan zəng etməyin.
Fövqəladə vəziyyət üçün əlaq yaratmaq məqsədilə 112 üç kanala bölündü:
112- Təcili tibbi yardım
112- 1 - Polis və Yanğından Xilasetmə Xidməti
112-2 -Covid-19
Vətəndaş Covid-19 virusunun laborator təsdiqini tapdığı halda 112-2 nömrəsinə zəng edə və ya https://er.moh.gov.ge/ portalında qeydiyyatdan keçə bilər.
112 tərəfindən təsdiqlənən Covid-19 halları əlavə monitorinq üçün ailə həkimlərinə göndəriləcək.
“Əgər 48 saat ərzində ailə həkiminizlə əlaqə saxlaya bilməsəniz Mərkəzi Onlayn Klinikanın 1522, özəl sığorta ilə bağlı isə sığorta şirkətinizin qaynar xəttinə zəng edə bilərsiniz”, - deyə məlumatda bildirilir.


