06 
Fev
2022
11:13
765

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 19 098 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 314 603 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 17 531 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 089 091 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 38 nəfər ölüb və ölənlərin ümumi sayı 14 212 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər