Zuqdididə bürünc heykəl oğurlanıb
Zuqdididə Dadiani muzeyinin həyətində bürünc heykəl oğurlanıb. Muzey əməkdaşları oğurluqdan bu gün səhər saatlarında xəbər tutublar.
lnterPress.ge xəbər verir ki, bu barədə muzeyin direktoru Davit Okucava məlumat verib.
O qeyd edib ki, artıq faktla bağlı polisə müraciət edilib və müvafiq tədbirlər görülür.
“Heykəl oğurlanıb. Biz polisə müraciət etmişik, onlar artıq istintaq hərəkətlərinə başlayıblar, bildiyim qədəri ilə ərazinin yoxlanması başa çatıb və kameralar yoxlanılır”, - deyə David Okucava bildirib.
Dadiani Muzeyinin həyətində 2018-ci ilin fevralında Kolxiya tanrısının heykəli qoyulub. Bu Zuqdidi bələdiyyəsinin Çaiş kəndində tapılmış e.ə VIII -VII əsrlərinə aid olan atlı qadının bürünc heykəlinin surətidir.


