VMH partiyasının deputatı David Kirkitadze girov cəzasına məhkum edildi
Vahid Milli Hərəkat Partiyasından olan deputat Davit Kirkitadze həbs-qətimkan tədbiri kimi 5 min lari girov cəzasına məhkum edilib.
lnterPress.ge xəbər verir ki, sözügedən qərarı Rustavi Şəhər Məhkəməsinin hakimi Ketevan Luaşvili qəbul edib.
Davit Kirkitadzenin barəsində həbs-qətimkan tədbirinin seçilməsinin müzakirə olunduğu bugünkü iclasda prokurorluq onun üçün 10 min lari girov, müdafiə tərəfi isə onu həbs-qətimkan tədbiri olmadan azadlığa buraxılmasını tələb edib.
Vəkil Aleksandr Mqeladzenin sözlərinə görə, Kirkitadze cinayət törətməyib, əksinə, özünü müdafiə edib.
Prokurorluğun məlumatına görə, təqsirləndirilən Kirkitadze müdafiə vəziyyətində olmayıb, çünki ona heç kim fiziki təzyiq göstərməyib.
Davit Kirkitadze etiraz əlaməti olaraq məhkəmə iclasını tərk edib.
Söhbət 2021-ci il oktyabrın 24-də Vahid Milli Hərəkatın Rustavidəki ofisində baş verən qarşıdurmadan gedir. Davit Kirkitadzeyə qarşı Gürcüstanın Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsinin “Q” bəndi ilə ittiham irəli sürülüb ki, bu da, fiziki zorakılığı nəzərdə tutur. İttiham aktında cəzanın növü və ölçüsünə görə, iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


