ABŞ sözçüsü: "Rusiya ABŞ-ı Gürcüstanda bioloji silahlar üçün məxfi laboratoriya işlətməkdə ittiham edib"
Bir neçə il əvvəl Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Gürcüstanda bioloji silahlar üçün məxfi laboratoriya işlətməkdə ittiham edib.
InterPress.ge xəbər verir ki bu barədə Ağ Evin sözçüsü Cen Psaki məlumat verib.
Onun sözlərinə görə, son aylarda ABŞ və onun bir neçə müttəfiqi Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırmaq üçün saxta bəhanələrdən istifadə etməyə çalışdığına dair mötəbər məlumatlar əldə ediblər.
Psakinin sözlərinə görə, Rusiyanın keçmişdə atdığı addımlar onların taktikasının nə olduğunu və nəyə qadir olduğunu göstərir.
"Məsələn, bir neçə il əvvəl Rusiya Müdafiə Nazirliyinin yalan bəyanatı ABŞ-ı Gürcüstanda gizli bioloji silah laboratoriyası işlətməkdə ittiham edib ki, bu da Rusiyaya Gürcüstan hökumətində sabitliyi pozmağa imkan verib", - deyə Ağ Evin sözçüsü bildirib.
Onun sözlərinə görə, ABŞ-ın məqsədi Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırmaq üçün saxta bəhanələrdən istifadə etməsinin qarşısını almaqdır.
"Məqsədimiz Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırmaq üçün yalandan istifadə etməsinə imkan verməməkdir. Biz gördük ki, onlar əməliyyatlar keçirmək və çaşqınlıq yaratmaq üçün keçmişdə dəfələrlə saxta bəhanələrə əl atıblar",- deyə Cen Psak bildirib.


