Gürcüstanda distant təhsil rejiminə keçən məktəblərin sayı açıqlandı
Bu mərhələdə ölkə üzrə 2085 dövlət və 217 özəl məktəbdən 672-si tam distant təhsil rejiminə keçib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Qurumdan verilən məlumata görə, risk qrupuna daxil olan 146 müəllim distant formatda tədris aparmaq arzusunu bildirib.
"Məktəblər koronavirusun daxili yayılmasının qarşısını almaq üçün sağlamlıq tövsiyələrinə əməl edir və ayrıca sinif və ya məktəb dərhal distant təhsilə keçir. Epidemioloqların tövsiyəsinə uyğun olaraq, hazırkı mərhələdə ölkə üzrə 2085 dövlət və 217 özəl məktəbdən 672-si tam distant təhsil rejiminindədir. Müəllimlərə gəlincə, risk qrupunda olan 146 müəllim distant formatda tədrisin aparılması arzusunu bildirib.
Son bir həftə ərzində Gürcüstanda müəllimlərin 5,8 faizində və tələbələrin 2,1 faizində koronavirus aşkarlanıb. Hazırda müəllimlərin və məktəb rəhbərliyinin nümayəndələrinin 73,6%-i peyvənd olunub”, - deyə məlumatda deyilir.


