Gürcüstan XİN Gəncə qapısı ilə bağlı bəyanat yaydı
Gəncə qapısı məsələsi Gürcüstan və Azərbaycan arasında ikitərəfli gündəmdə deyil.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin sözçüsü Mari Narçemaşvili bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Gürcüstanın strateji tərəfdaşıdır və bunu ölkələrimiz arasında, o cümlədən mədəniyyət sahəsində geniş əməkdaşlıq əlaqələri təsdiqləyir.
“Gəncə qapısı məsələsinə gəlincə, bu, Gürcüstan və Azərbaycan arasında ikitərəfli gündəmdə deyil. Müvafiq olaraq, məsələ Gürcüstan və Azərbaycan arasında Hökumətlərarası İqtisadi Komissiyanın protokolunda öz əksini tapmayıb.
Xatırladaq ki, Azərbaycan mətbuatı ölkənin mədəniyyət naziri Anar Kərimova əsaslanaraq, Gəncə qapısının Gürcüstandan Azərbaycana qaytarılması ilə bağlı danışıqların getdiyi barədə məlumat yayıb.
“Gəncə qapısının taleyi keçən il Gürcüstana səfərimdə gündəmdə olan məsələ idi. Biz bu məsələni aidiyyatı dövlət qurumları ilə müzakirə etmişik”, - Anar Kərimov jurnalistlərə bildirib.


