04 
Fev
2022
13:53
279

4 fevral Beynəlxalq Xərçənglə Mübarizə Günüdür

4 fevral Beynəlxalq Xərçənglə Mübarizə Günüdür. Tbilisi meriyası xərçəngin müayinəsi və müalicəsi üçün zəruri olan bir sıra proqramları həyata keçirir.

lnterPress. ge xəbər verir ki bu barədə Şəhər Meriyası məlumat yayıb.

Meriyanın yaydığı məlumata görə, Tbilisi xərçəngə qarşı mübarizə edən  şəhər statusuna malikdir və beynəlxalq hərəkata cəlb olunub. Bu çağırış şəhərləri keyfiyyətli və münasib qiymətə xərçəng müalicəsi və idarəsini təmin etməyə həvəsləndirir.

“Beynəlxalq Xərçənglə Mübarizə İttifaqı (UICC) 2018-ci ildə Nyu-Yorkda rəsmi olaraq Tbilisini Avropada xərçənglə mübarizədə ilk paytaxt elan edib. Namizədlikdən əvvəl UICC və onun fondu - City Cancer Challenge nümayəndələri Tbilisi meriyasında bu istiqamətdə proqramlarla tanış olublar.

2019-cu ildə İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər Nazirliyi, Tbilisi meriyası, Xəstələr Birliyi qeyri-hökumət təşkilatı və City Cancer Challenge arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum çərçivəsində yeddi layihə həyata keçirilir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Avstriya və İtaliyadan olan ekspertləri diaqnostik görüntüləmə və nüvə təbabəti imkanlarını genişləndirmək üçün Tbilisiyə səfər ediblər. Xüsusilə, beynəlxalq ekspertlərin səfəri PET-CT-yə tələbatın qiymətləndirilməsini və tövsiyələrin hazırlanmasını əhatə edib. Təcrübə mübadiləsi və əldə edilmiş biliklərin Gürcüstanda tətbiqi məqsədilə gürcü mütəxəssislərin Avstriya, İtaliya, İspaniya, Serbiya və Ukraynanın aparıcı klinikalarına 20-dən çox səfəri baş tutub. Uyğunlaşdırılmış klinik idarəetmə və keyfiyyətin təminatı qaydaları, müxtəlif inkişaf planları, təlim modulları və proqramları kimi sənədlər hazırlanıb və beynəlxalq səviyyədə nəzərdən keçirilir”, - deyə məlumatda bildirilir.

Tbilisi meriyasının məlumatına görə, bələdiyyə hazırda onkoloji xəstəliklərin qarşısının alınması və müalicəsi üçün dörd proqram həyata keçirir - xəstəliklərin skrininqi, döş xərçənginin müalicəsi, transplantasiya və tibbi ehtiyacların maliyyələşdirilməsi.

“Xəstəliklərin skrininq proqramı çərçivəsində yaş qruplarına uyğun olaraq müayinələr tam maliyyələşdirilir. Proqramın məqsədi xəstəliklərin erkən diaqnostikası, xərçəngin erkən mərhələdə aşkarlanması, onkoloji xəstəliklərdən ölüm hallarının azaldılmasıdır. Proqram maliyyələşdirir: döş, uşaqlıq boynu, prostat vəzi, kolorektal xərçəngin skrininqi və tiroid xərçənginin idarə edilməsini proqram maliyyələşdirir.

Ötən il Tbilisi meriyası xəstəliklərin skrininq proqramı çərçivəsində 114 894 hadisəni, o cümlədən Milli Skrininq Mərkəzində aparılan 100 245 müayinəni maliyyələşdirib. “Transplantasiya proqramı çərçivəsində 2021-ci ildə 54 nəfərə sümük iliyi, 11 nəfərə qaraciyər transplantasiyası, 179 nəfərə isə süd vəzi xərçənginə qarşı dərmanlar ödənilib”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın