Tbilisidə yarım ton mənşəyi məlum olmayan ət aşkarlanıb
Milli Qida Agentliyinin Tiflis Şəhər Xidmətinin təftiş qrupları Lilo şəhərində İqor Tkemeladze küçəsi 14a ünvanında Milli Qida Agentliyindən yan keçən ət emalı müəssisəsi aşkar ediblər.
lnterPress.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyi (SES) məlumat yayıb.
Qurumdan verilən məlumata görə, müəssisədə yarım tonadək mənşəyi məlum olmayan, sanitar-gigiyena normalarının kobud şəkildə pozulması, kritik və qeyri-kritik riayət olunmaması, etiketləmə qaydalarının pozulması halları aşkar edilib.
SES-dən verilən məlumata görə, sahibkarlıq subyekti İqtisadi Fəaliyyət Reyestrində qeydiyyatdan keçmədən fəaliyyət göstərib.
''Növlərin tədqiqi (at və eşşəyin identifikasiyası) məqsədi ilə nümunələr götürülüb hansılar ki laboratoriya tədqiqatı üçün akkreditasiya olunmuş laboratoriyaya (Dövlət Kənd Təsərrüfatı Laboratoriyası) göndəriləcək.
Müəssisənin operatoru cərimələnib və istehsal prosesi dayandırılıb, möhürlənmiş ətlər qanunvericiliyə uyğun olaraq Milli Qida Agentliyinin nəzarəti altında məhv ediləcək.
Milli Qida Agentliyi istehlakçıların sağlamlığını və hüquqlarını maksimum dərəcədə qorumaq üçün bütün Gürcüstanda gündəlik olaraq dövlət nəzarətini həyata keçirir”, - deyə məlumatda bildirilir.


