Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 22 263 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 272 371nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 15 575 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 053 966 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 39 nəfər ölüb və ölənlərin ümumi sayı 15 141 nəfər təşkil edib.
