Kutaisi bələdiyyəsi yeni evlənən sosial aztəminatlı cütlüyə həvəsləndirici yardım proqramı hazırlayıb
Kutaisi Bələdiyyəsində sosial aztəminatlı yeni evlənənləri həvəsləndirmək üçün nəzərdə tutulmuş proqram yaradılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Kutaisinin sosial xidmət agentliyi məlumat yayır.
Məlumata görə, sosial proqram Kutaisi şəhərində ən azı 1 il ərzində qeydiyyatda olan , yeni ailə qurmuş sosial aztəminatlı vətəndaşlara dəstək və yardım məqsədini daşıyır. Proqramdan yeni evlənmiş cütlüyün ən azı biri- sosial az təminatlı ailələrin vahid məlumat bazasına daxil edilmiş, reytinq balı 120 000-dən çox olmayan faydalanacaq. Yeni evlənənlər birdəfəlik yardım almaq üçün nikahdan sonra 30 təqvim günündən gec olmayaraq Kutaisi merinə yazılı müraciət etməlidir. Ərizəyə cütlüyün şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə və bank rekvizitləri əlavə edilməlidir. Yardım birdəfəlik 500 lari məbləğində veriləcək.
Proqram üçün 2022-ci il büdcəsində 5000 lari müəyyən edilib.


