İctimai fəal Samirə Bayramova Marneulinin Ədliyyə Evində yaranmış problemə münasibətini bildirdi
Fevralın 2- də Marneulinin Ədliyyə evində vətəndaşla əməkdaşın arasında yaranan problemə ictimai fəal Samirə Bayramova da münasibətini bildirdi.
Samirə Bayramova InterPress.ge- yə verdiyi müsahibədə bu kimi halların xoşagəlməz olduğunu qeyd edir.
"Mən 10 il bundan əvvəl vətəndaş reyestrində çalışırdım. O zamanlar yerli azərbaycanlılar və orada çalışan ermənilər gələn istifadəçilərə azərbaycan, erməni, rus və gürcü dilində xidmət göstərirdi və heç bir problem yox idi. İndi belə bir məsələnin baş verməsi məni təəccübləndirir. Dil bilməyən istifadəçini başqa dildə danışmağa məcbur edirlər. Bu xoşagəlməz haldır. Mənim özümündə dəfələrlə sənəd işlərim olub və hər müraciətimdə mənimlə azərbaycan dilində danışıblar. Bu gün Gürcüstan qanunvericiliyi hər bir sənəd işlərinin gürcü dilində olmasını tələb edir, lakin Marneulidə yaşayan əhalinin 90%- i azərbaycanlıdır. Yaxşı olar ki, yerli bələdiyyələrdə və ədliyyə evində əhalinin tələbindən irəli gələrək onların danışdığı dildə xidmət göstərilsin. Düşünürəm ki, belə olması bələdiyyənin vətəndaşlarla münasibətini asanlaşdıracaq. Ölkədə bütün sənədlər gürcü dilindədir. Bu o demək deyilki bu kimi münasibətlərdə sadəcə gürcü dilində olmalıdır. Gürcüstanda etnik azlıqların inteqrasiyası, təhsili ilə və həmçinin daha çox fəal olması ilə bağlı birçox pozitiv diskriminasiyalara yol verərək onların inkişafına təkan verməyə çalşırlar. Təbii ki, bu hadisə ilə bağlı şərh bildirmək elədə asan deyil. Çünki hadisə zamanı bir başa orada olmamışıq. Vətəndaşın qeyd etdiyi kimi, ona azərbaycan dili yox, məcburi formada rus dilində xidmət göstəriblərsə bu doğru hal deyil, bir haldakı həmin idarədə azərbaycanlılar çalışır. Rus dili dövlət dili deyil. Hal- hazırda vətəndaşlara öz dilində məlumat verilməsi qanunda yoxdur. Sadəcə bunu Gürcüstan dövlətinin qəbul etdiyi beynəlxalq konvensiyalar tələb edir. Vətəndaşların öz dillərində istər azərbaycan dilində istər erməni dilində ərizə yazmaq hüquqları yoxdur. Buna görə Marneuli Bələdiyyəsi məhkəməyə verilib. Məhkəmənin bu prosesi necə qiymətləndirəcəyini gözləyirik. "- deyə Samirə Bayramova qeyd edib.


