Pandemiya başlayandan yanvarın 1- dək koronavirusa yoluxan hamilə qadınların statistikası açıqlandı
Kovid-19 pandemiyasının başlanğıcından 2022-ci il yanvarın 1-dək Gürcüstanda koronavirusa 10 687 hamilə qadın yoluxub.
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin 2020-2021-ci illər üzrə hesabatında qeyd olunub.
Tbilisi, İmereti və Acarada hamilə qadınların yaşadığı bölgəyə görə təsdiqlənmiş halların sayı yüksəkdir.
“Kovid-19 pandemiyasının başlanğıcından 2022-ci il yanvarın 1-dək Gürcüstanda antenatal nəzarətdə olan 129 341 hamilə qadın olub. 2020-ci ildə- 66 359, 2021-ci ildə isə 62 982.
Hamilə qadınlarda Kovid-19-a yoluxma hallarının ümumi sayı 10 687- dir.Hamilə qadınların yoluxma nisbəti 8,2% təşkil edir. Onların arasında 2020-ci ildə- 3362, 2021-ci ildə isə 7326-dır.
Hamilə qadınlarda təsdiqlənmiş halların ən yüksək nisbəti 25-29 yaş qrupuna düşür. Hamilə qadının yaşadığı bölgəyə görə təsdiqlənmiş halların payı Tbilisi, İmereti və Acarada yüksəkdir.
"Yaş artdıqca, həm ən azı bir doza peyvənd olunmuş, həm də tam peyvənd olunmuş hamilə qadınlarda peyvəndlərin faizi artır", - məlumatda deyilir.


